featured

Əsrə bərabər ömür yolu – Hicran Sadıqzadə

Hicran Sadıqzadənin “Əsrə bərabər ömür yolu” kitabından
Bir neçə elm sahəsinin tanınmış nümayəndəsi
8 saylı Musuqi Təmayüllü İnternat Məktəb fəaliyyətə başladığı ilk illərdə təhsil alan şagirdlərdən biri də Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan dramaturq, publisist və rəssam Oruc İzzətoğludur.
Doğrudan da yarıməsirlik tarixə malik olan sözügedən təhsil ocağının və onun hüdudldrından kənarda minlərlə görkəmli məzunları var. Fəxr hissi ilə qeyd etmək olar ki, bu məzunlar müxtəlif elm sahələrində önəmli fəaliyyətləri ilə doğma məktəbi layiqincə təmsil ediblər. İnternat məktəbin minlərlə məzunlarından biri elmin bir neçə sahəsini özündə ümumiləşdirən səmimi insan Oruc İzzətoğludur.
Təəssüf edirəm ki, indiyə qədər bu şəxsi yaxından tanımamışam. Doğrudur, adını eşitmişdim, hətta haqqında bəzi məlumatlarım da var idi. Vəssalam. Respublika İncəsənət Gimnaziyasının sabiq direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev qeyd edəndə ki, Oruc Qurbanov bizim məktəbin yetirməsidir, həm təəssüf, həm də sevinc hissi keçirtdim. 0na görə ki, indiyə qədər sənətin zirvəsində olan bu şəxsi yaxından tanımamışam. Sevinc hissi keçirtdim ona görə ki, 8 saylı İnternat Məktəbin Oruc İzzətoğlu kimi yetirməsi var. Mən Nəbi Xəzrinin uzun müddət rəhbərlik etdiyi “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin yerləşdiyi məkana getdim.
Az sonra qarşımda səmimi, sadə, kövrək bir insan dayanmışdı. Yazdıqlarımın heç biri mübaliğə deyil sırf həqiqətdir. Oruc İzzətoğlunun 8 saylı internat Məktəb haqqında kövrək və səmimi xatirələri var. Onun xatirələrində mənə ən çox təsir edən “Mən bu internata gələndə ağladım, mənə elə gəldi ki, anamdan həmişəlik ayrılıram. Bir də gedəndə…” kəlməsi idi. Gələndə ona görə ki, anamdan ayrı yaşamaq istəmirdim, internatda da oxumaq istəmirdim, gedəndə ona görə ki, internatdan, belə səmimi insanlardan ayrılmaq istəmirdim. Oruc İzzətoğlunun xatirələri özünü də,məni də, hətta onu özünə mənəvi ata hesab edən , Azərbaycan teatr sənətində ilkin, lakin möhtəşəm addımlarını atan Aytən Aydınqızını da kövrəltmişdi. 0ruc müəllim internat həyatı ilə, xüsusən 1963- cü ilin sərt qışı və anası ilə bağlı xatirələri daha təsirli idi. Bütün bunlara etinasız qulaq asmaq mümkün deyildi. Həmən il qış sərt olduğu üçün bir çox sahələrə, o cümlədən kənd təsərrüfatına böyük ziyan dəydi. Ölkədə ərzaq, xüsusi ilə də çörək qıtlığı yaranmışdı. Ağ çörək isə demək olar yox
dərəcəsində idi. İnternatda təhsil alan balaca Oruca yeməkxanada nahar vaxtı ağ çörək verirlər. Oruca bəlli idi ki, heç yerdə ağ çörək yoxdur. Anası, bacısı-qardaşı ancaq qara çörək yeyirlər. Orucun kövrək qəlbi buna tab gətirmir. Ona verilən ağ çörəyi ailələrinə aparmaq qərarına gəlir. Orucun fikrini duyan sinif yoldaşları da öz çörək paylarını evə aparmaq uşun ona verirlər.
Həmin vaxt Bakıda nəqliyyat vasitələri tamam kəsilmişdi. Oruc köynəyinin altındakı ağ çörək tikələrini sinəsinə bərk-bərk sıxaraq internatdan K.Marks meydanına tərəf (indiki Şəmsi Rəhimov küçəsi) şaxtada, boranda bir neçə kilometri piyada qət edəndən sonra özünü evlərinə, sevimli anasının yanına donmuş, saçları buz bağlamış halda çatdırdı. Sevincinin həddi-hüdudu yox idi. Balaca Oruc anasına ağ çörək gətirmişdi. Anası sevuncək Orucun gətirdiyi ağ çörək tikələrini öz uşaqları və qonşular arasında bölüşdürdü.
Ən əziz xatirələrindən biri palto əhvalatıdır. Bu xatirə “Nuh Peyğəmbər” romanında filologiya elmləri doktoru Yasif Nəsirli tərəfindən ön sözdə qeyd olunub. “Bir dəfə bizə palto payladılar. Şənbə və bazar evə gedəndə paltonu mən, həftənin beş günü isə anam geyinərdi. İndi də həsrətlə paltonu yadıma salıb düşünürəm ki, kaş, o palto indi məndə olaydı… Hər gecə yorğan əvəzinə ona bürünüb yatağıma girəydim, səhərə kimi anamın ətrini ondan alladım”. Oruc müəllimin bu etirafı hamımızı kövrətmişdi.
Bir dəfə qapı açıldı və ədəbiyyat müəllimi sinfə daxil oldu. Elan etdi ki, Mirzə Cəlilin gecəsi keçiriləcək, istəyirik “Poçt qutusu”nu hazırlayaq. Mərahim Fərzəlibəyov Xan rolunda iştirak edəcək, bir nəfər də Novruzəli rolunu oynamalıdır. Uşaqlar hamısı mənə baxdılar. Çünki deyilənə görə o vaxtlar məndə yumur hissi güclü idi. Beləliklə, mən internatda Novruzəli rolunu ifa etdim. Fürsətdən istifadə edib onu demək istəyirən ki, xalq artisti, Milli Dram teatrının baş rejissoru, səmimi dost Mərahim Fərzəlibəyovla internatda bir oxumuşuq. Bütün tədbirlərdə birgə iştirak etmişik. İnternatda Mirzə Cəlilin gecəsindən sonra Mərahim məni tanınmış rejissor Lütfi Məmmədbəyovun o vaxtlar 26-lar Mədəniyyət Sarayında yerləşən xalq teatrına apardı. Elə ordan da mənim teatr fəaliyyətim başlandı.
İnternatla bağlı çox maraqlı xatirələrim var. Yadımdadır, çox istedadlı fənn müəllimimiz vardı, Şaiq müəllim. Ciddi, tələbkar , səmimi və təvazökar. Sinifimiz bir az səsli-küylü idi. Yüksək intellektual səviyyəyə malik olan fizika müəllimimiz şagirdləri ələ almaq üçün müxtəlif psixoloji priyomlardan istifadə edirdi. Onun çox gözəl tədris metodikası var idı. Bir dəfə o, fizika dərsində zəngə 10 dəqiqə qalmış bizə Herklın bir qəhrəmanlığından danışdı. Söz verdi ki, əgər sabah dərsi yaxşı öyrənsək, bizə Heraklın yeni bir qəhrəmanlığından danlşacaq. İnandırıram sizi ki, gecəni heç birimiz yatmadıq. Səhərisi gün fizika dərsinə hamı bir nəfər kimi hazırlıqlı gəlmişdi. Müəllim də sözünə əməl etdi. Bu dəfə Heraklın ikinci qəhrəmanlığını danışdı. Mənə elə gəlir ki, internatda gördüklərimi danıçmaqla qurtarmaq olmaz. Bu xoşbəxt illərdə xoşuma gələn cəhətlərdən biri də o idi ki, 3-cü 4-cü dərs arasında böyük tənəffüs olurdu. Tənəffüs vaxtı musiqi səslənir, uşaqlar foyedə rəqs edirdilər. Eyni zamanda nahara qədər uşaqlara yüngülvarı yeməkdə paylanırdı. Qayğısız, xoşbəxt həyat sürürdük. İnternatın hər bir sinif otağı, idman zalı, akt zalı, hamısı mənim üçün əzizdir. Bu mənim tam həqiqi sözümdür, demokratik cəmiyətdə mənim uşaqlarıma edə bimədiyimi internat mənim üçün edib.
Oruc İzzətoğlu eyni zamanda dərin istedada və geniş yaradıcılıq diapazonuna malikdir. Sənətin bütün sahələrində özünü sınayıb, rejissor, dramaturq, yazıçı, publisist, rəssam, aktyor kimi fəaliyyət göstərib. Oruc İzzətoğlu yaradıcılığı haqqında danışmaq həm də böyük cəsarət tələb edir.
Tanıtım: Oruc İzzətoğlu Qurbanov 1949-cu il iyulun 24-də Bakıda anadan olub. O, 8 saylı Musiqi Təmayüllü İnternat Məktəbini, Azərbaycan Dövlət İncəsənət Universitetini, məşhur rejissor A.V.Efrosun rəhbərliyi altında Moskvada ali teatr rejissorluğunu bitirib. 80-ə yaxın tamaşaya quruluş verib. Xocalı faciəsinə həsr olunmuş “Haray” (1994) bədii filmini və Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru” televiziya filmini (1995) çəkib. Qırxa yaxın televiziya və radio tamaşaları hazırlayıb.
Ailəlidir, dörd uşağı var. Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Oruc Qurbanov 73 yaşında dünyasını dəyişib.

Sizinxeber.Az

Əsrə bərabər ömür yolu – Hicran Sadıqzadə

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!