Sizin Reklamınız Burada ola bilər!
featured

“Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq bizdədir” – AÇIQLAMA + FOTO

“Düşmən kifayət qədər ağrılı-acılı cavab alıb. Texnika itkiləri milyardlarla dollar dəyərindədir. Şəxsi heyətdə 200 nəfər itkinin olduğu deyilir, amma buraya mövqelərində qoyub qaçdıqları cəsədləri, əsir düşən erməniləri də əlavə etsək, say 250-yə qədər gedib çıxacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, heç bir halda düşmənin yaxın və orta perspektivdə təxribatlar törətməyəcəyini demək olmaz:

“Biz çox hiyləgər düşmənlə qarşı-qarşıyayıq. Onlar Azərbaycanın bərpa işlərinə, Qarabağın, Zəngəzurun yenidən qurulmasına, qoşunlarımızın orada möhkəmlənməsinə qarşı gələcəkdə də təxribatlar törədə bilərlər. Buna görə də bizim güc strukturlarımız daim barmağını tətikdə saxlamalıdır. Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq Azərbaycan Ordusundadır və bu mövqelərin hər birində düşmən yaralı və ölülərini tərk edərək qaçıb”.

Ədalət Verdiyev Azərbaycanın heç bir halda Ermənistan tərəfindən fakt qarşısında qoyula bilməyəcəyini vurğulayıb:

“Bu istiqamətdə Ermənistanın atdığı addımların da hansı nəticələrə gətirib çıxardığı məlumdur.  Hazırkı əməliyyatla düşmənin revanş hazırlıqlarını sıfırladıq və Azərbaycan ərazilərinə gələcəkdə mümkün ola biləcək təhdidlərin minimallaşmasına nail olduq”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq bizdədir” – AÇIQLAMA + FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica