Sizin Reklamınız Burada ola bilər!
featured

Ermənistana gedən Pelosi son hadisələrə görə Azərbaycanı günahlandırdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanı Ermənistana hücum etməkdə ittiham edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sentyabrın 18-də Ermənistan Milli Assambleyasının sədri ilə birgə bəyanatı zamanı danışıb.
“Azərbaycanın Ermənistana qarşı ölümcül hücumlarını qətiyyətlə pisləyirik. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə və uzun müddətdir ki, münaqişənin hərbi yolla həll oluna bilməyəcəyini bəyan edib. Biz hadisələri izləməyə davam edirik və Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, sülh yolu ilə və davamlı həllinə çalışmaq istəyirik. Və daha əvvəl görüş zamanı biz qeyd etmişdik ki, on illərdir ki, Konqresdə hər iki partiya Türkiyə və Azərbaycanı münaqişə məsələsində mühakimə edib”, – deyə o bildirib.
Pelosi, həmçinin Azərbaycanı Qarabağdakı tarixi abidələrə qarşı vandalizmdə günahlandırıb:
“Azərbaycanın Qarabağın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı törətdiyi vandalizm ABŞ-ın diqqət mərkəzindədir. Birləşmiş Ştatlar Ermənistanı dəstəkləmək niyyətindədir, xüsusən də İrəvanın müdafiə sahəsində “ehtiyaclarını eşitməyə” hazırdır. Biz Ermənistan rəhbərliyi ilə nə edə biləcəyimizi danışmaq üçün buradayıq”.
Xatırladaq ki, şənbə günü Pelosi Ermənistana gəlib və orada sentyabrın 19-dək qalacaq. ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, səfər zamanı o, Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər nüfuzlu şəxslərlə görüşərək Ermənistan-Amerika münasibətlərini müzakirə edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Təxribatların qarşısının alınması üçün ordumuz cavab tədbirləri görüb. Hər iki tərəfin itkiləri var.
Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Ermənistana gedən Pelosi son hadisələrə görə Azərbaycanı günahlandırdı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica