Ermənilərin qəbirləri dağıtması ilə bağlı müraciət olundu
Ermənilərin qəbirləri dağıtması ilə bağlı müraciət olundu

Ermənilərin qəbirləri dağıtması ilə bağlı müraciət olundu

Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsman Aparatından Axar.az-a verilən müraciətdə qeyd olunur:

“Sosial şəbəkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən növbəti video yayılıb. Videodan da göründüyü kimi, işğaldan azad edilmiş Zəngilan rayonunda soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqdakı məzarlar ermənilər tərəfindən qəsdən dağıdılmış, qəbir abidələri tanınmaz hala salınmışdır.

Bütün bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində Azərbaycana qarşı etnik və dini zəmində nifrət, düşmənçilik, dözümsüzlük və vandalizm siyasətini həyata keçirdiyini əyani şəkildə sübut edir.

Azərbaycanlılara məxsus qəbirlərin vəhşicəsinə dağıdılması “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının və 1954-cü iltarixli Avropa Mədəniyyət Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini abidələrin, qəbirstanlıqların dağıdılaraq təhqir edilməsi, eyni zamanda həmin ərazilərin minalanması faktlarını şiddətlə pisləyir, bir daha beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını bu kimi çoxsaylı vandalizm əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıram”.

Sizinxeber.Az

Ermənilərin qəbirləri dağıtması ilə bağlı müraciət olundu

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!