Sizin Reklamınız Burada ola bilər!
Ermənilər bu döyüşdən sonra təslim oldu - Müharibə iştirakçısı
Ermənilər bu döyüşdən sonra təslim oldu - Müharibə iştirakçısı

Ermənilər bu döyüşdən sonra təslim oldu – Müharibə iştirakçısı

44 günlük müharibədə iştirak edən qəhrəmanlarımızdan biri də Gəncə şəhər sakini 28 yaşlı Salman Bayramovdur.

Axar.az xəbər verir ki, Salman müharibə zamanı ən ağır döyüşlərdə iştirak etmiş, möcüzə şəkilində sağ qalan igidlərimizdəndir. O, döyüşə başladığı günü bu cür xatırlayır:

“Döyüşlərə sentyabrın 29-da qoşulmuşam. Füzulidən başlayan döyüş yolumuz noyabrın 8-i Şuşa-Xankəndi yolunda yekunlaşdı.

Müharibə mənə əsl dostuqlar, gözəl qardaşlar qazandırdı. Amma həm də gözəl dostlarımı əlimdən aldı. Qucağımda son nəfəsini verən, son sözlərini deyən dostlarım oldu. Onlar bu torpaq uğrunda canlarından keçdilər.

Döyüş yoldaşlarımız arasında həvəssiz, könülsüz olan bir nəfər də yoxidi. Düşmənə nifrət o qədər güclü idi ki, hamı var gücü ilə onların üstünə gedirdi. Ora elə bir mühitdir ki, heç kim sağ qayıdacağını, qoyub gəldiklərini düşünmür. Daha doğrusu düşünməyə macal belə olmur. Orda yalnız bir amal var – Vətən uğrunda savaşmaq, canından keçmək.

Son döyüşümüz Şuşa-Xankəndi yolunda baş verdi. Düşmənə sarsıdıcı zərbə vurduq, xeyli şəhidlərimiz oldu. Amma həmin döyüşdən sonra artıq ermənilər diz çökməyə, təslim olmağa məcbur oldular. Biz Şuşanı, Qarabağı azad etdik. Şükürlər olsun ki, şəhid qardaşlarımızın qisasını aldıq. Ermənilərə ömürləri boyu unutmayacaqları bir iz buraxdıq. Hansı ki o iz həyatlarının sonuna kimi onları incidəcək, həmişə ağrı verəcək.

Qələbə sevincində payım olduğu üçün, o müqəddəs torpaqlara ilk ayaq basan qalib gənclərdən olduğum üçün qürur hissi duyuram.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə səbir, dözüm versin!”

Qeyd edək ki, Salman Bayramov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və Şuşanın azadlığı uğrunda” medalları ilə təltif olunub.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Ermənilər bu döyüşdən sonra təslim oldu – Müharibə iştirakçısı

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica