Sizin Reklamınız Burada ola bilər!
Ərdoğan: “Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır”
Ərdoğan: “Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır”

Ərdoğan: “Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır”

“Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır”.
“Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.
“Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Bu addımlar Türkiyə şirkətləri ilə birgə atılıb. Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhər”lər olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır. Artıq həmrəylik içində atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, Cəbrayılda təməlini qoyduğumuz meşə təlimi və tingçilik mərkəzi də həmrəyliyimizin rəmzidir”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Ərdoğan: “Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica