Sizin Reklamınız Burada ola bilər!
Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”
Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”

Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”

Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”
“İlk işimiz Şimali Kiprə PUA və zərbə dronları (Unmanned combat aerial vehicle/UAV) yerləşdirmək oldu”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin Şimali Kiprdə Türkiyə bazası üçün hər hansı hazırlığın gedib-getmədiyi ilə bağlı sualını cavablandırarkən deyib.
“Hazırda bizim PUA və zərbə dronlarımız oradadır və qeyd etdiyiniz yerlə bağlı mövzuda yenə də oxşar şeylər ola bilər. Bunun olması da düzgündür. Çünki Şimali Kipri dörd bir tərəfdən, hərtərəfli qorumalıyıq.
Olsa da, olmasa da, onsuz da, hazırda bizim öz sərhədimizdən təyyarələrimiz havaya qalxan kimi Şimali Kiprdə olur. Orada da hansısa problem yoxdur. Bu axşam Anastasiades (Kipr Prezidenti Nikos Anastasiades – red.) dedi ki, gəl görüşək, danışaq və s. Bir nəfər vasitəçini də gətirdi.
Dedim ki, “Sən, onsuz da, gedirsən”. İki aydan sonra gedir. Dedim ki, “Belə bir vaxtda bu barədə danışmaq olmaz”. Həm də dedim ki, siz həmişə haradansa təlimat alırsınız. Bu təlimatlarla, onsuz da, bu işlərin davam etməsi mümkün deyil”.
Türkiyə lideri onu da bildirib ki, yunanların kəndiri ilə quyuya enmək olmaz:
“Əks halda quyuda qalarsınız”.
Mənbə: TRT Avaz

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica