Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyədə “Altın Kelebek” mükafatları öz sahiblərinə təqdim olunub.
Axşam.az xəbər verir ki, bu ildə müsabiqə və qalibləri tənqidlərdən yan keçməyib. Mərasiminin ardında Türkiyənin sosial media seqmentində iştirakçıların geyimlərindən tutmuş, mükafata layiq görülənlərə qədər bir çox ad tənqid atəşinə tuş gəlib.
Bu tip şərhlərdən bir neçəsi aktrisa Demet Özdemirin ünvanına yazılıb. Aktrisanın parıltılı geyimi konfet kağızları ilə müqayisə olunub.
Libası ilə bəyənilməyənlərdən biri də Demetin həmkarı Pınar Denizdir. Başdan-ayağa uzun qara libas seçimi edən aktrisanın tərzi bəyənilməyib. Onun ünvanına “Pınar hər növbəti il əvvəlkindən daha pis geyinir” deyə, yazılıb.
Gecədə “Ən yaxşı qadın müğənni” nominasiyası üzrə birinci yerə müğənni Zeynəb Bastıkın seçilməsi tamaşaçılar tərəfindən xoş qarşılanmayıb. Onu ötən il bu ada layiq görülən müğənni Hadisə ilə müqayisə edərək mükafatın səviyyəsinin düşdüyünü iddia ediblər.
İzləyicilərin bəziləri daha keçmiş tarixə gedərək müsabiqədə aktrisa Demet Evgar yerinə Ebru Şahinin seçilməsini müqayisə edərk yarışma tarixinin bitdiyini vurğulayıblar.
Bütün bunlarla yanaşı, gecədə müsbət təəssüratlar buraxanlar da olub. Aktrisa Ezgi Molanın çıxışı zamanı İrandakı qadınlara dəstək olması bəyənilib. Aktrisa Şevval Samın oğlu, aktyor Taro Emir Tekinə dəstəyi də diqqət çəkənlər arasında yer alıb.