ilbet
Emin Hacıyev: “Beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib”
  • Sizinxeber.az –
  • Siyasət
  • Emin Hacıyev: “Beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib”

Emin Hacıyev: “Beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib”

Abunə Ol
Dekabr 24, 2021 09:55
Emin Hacıyev: “Beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib”
0

BƏYƏNDİM

ABUNƏ OL

Emin Hacıyev: “Beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib”
Bu gün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Müstəqil və qüdrətli Azərbaycan Prezident İham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza ataraq, regionun liderinə və beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirilib.
Oxu.Az xəbər verir ki, bu barədə deputat Emin Hacıyev Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşımında qeyd edib.
Paylaşımda qeyd edilir:
“Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin dayanıqlı inkişafını, təhlükəsizliyini təmin edən, beynəlxalq aləmdə böyük nüfuza sahib qətiyyətli liderdir. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad etməklə dünya tarixinə Azərbaycanın Zəfər Gününü həkk edən böyük sərkərdədir! Xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan, məcburi köçkünləri doğma yurd-yuvalarına qovuşduran qətiyyətli dövlət başçısı, Azərbaycanın zəfər və qəhrəmanlıq simvoludur! Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuzun azad etdiyi Qarabağımızda indi üçrəngli bayrağımız dalğalanır, sürətli bərpa-quruculuq və qayıdış proqramı həyata keçirilir.
Ölkəmiz güclü iqtisadiyyata və dünyaya nümunə göstəriləcək bir inkişaf modelinə sahibdir. Həyata keçirilən irimiqyaslı regional və beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanı mühüm iqtisadi güc mərkəzinə çevirib. Praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. 
Prezident İlham Əliyevin Vətənə, xalqa, millətə, dövlətə olan sonsuz bağlılığı fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi yürüdülən sosial siyasətin ana xəttini təşkil edir. Prezidentin uğurla reallaşdırdığı tarixi ideyalardan biri də neft gəlirlərini insan kapitalına çevirməkdir. Bütün bunlar elmli, savadlı, yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə xidmət edir. Ölkə başçısı İham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, gənclərimizin dövlətçiliyə bağlı, vətənpərvər, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına şərait yaradıb.
İlham Əliyev həmçinin Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Müasir və güclü Azərbaycan hər bir azərbaycanlının qürur və güvən yeridir.
Prezident İlham Əliyevi doğum günü, 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi və xalqımızın rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.