Bu il qəbul imtahanları yenə də iki mərhələdə keçirilə bilər - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

20 Ocak 2021 - 09:49

Bu il qəbul imtahanları yenə də iki mərhələdə keçirilə bilər

Bu il qəbul imtahanları yenə də iki mərhələdə keçirilə bilər
ƏLAVƏ OLUNUB :

14 Yanvar 2021 - 15:54

“Mart ayında imkan olsa qəbul imtahanları yenə də iki mərhələdə (yaz və yay) keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələlər müzakirə edilir: “Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.