Главная > Elm və təhsil > Nazir UNEC-in Dərbənd filialının 2023-2024-cü il məzunlarına diplomların hələ verilməməsinə aydınlıq gətirib

Nazir UNEC-in Dərbənd filialının 2023-2024-cü il məzunlarına diplomların hələ verilməməsinə aydınlıq gətirib


6-02-2025, 16:30. Разместил: Rss Bot Report

Nazir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməsinin gecikməyinə aydınlıq gətirib.

“Sizinxeber.az” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.

E.Əmrullayev bildirib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır:

"Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik".


Вернуться назад