Главная > Elm və təhsil > Nazir: Kolleclərdə müəllim hazırlığı dayandırılıb
Nazir: Kolleclərdə müəllim hazırlığı dayandırılıb10-07-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələri indi hiss edilir. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələrinin aşağı olduğunu göstərir: “Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb. Amma qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”. Вернуться назад |