Главная > Elm və təhsil > Sertifikasiyada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 sual qiymətləndirmədən çıxarılıb
Sertifikasiyada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 sual qiymətləndirmədən çıxarılıb10-07-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində istifadə edilən 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, dəyişiklik Azərbaycan dili üzrə 1 sual, ədəbiyyat üzrə 2 sual olub: “22 nəfərin nəticəsi 0–29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30–50 aralığından 51+ aralığına keçir”. Вернуться назад |