Главная > Elm və təhsil > Emin Əmrullayev: Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollar ayrılıb
Emin Əmrullayev: Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollar ayrılıb10-07-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Sertifikasiya prosesində Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə əmək müqaviləsinə xitam verilib. “Sizinxeber.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, imtahanda xarici dil müəllimlərindən 12%-i uğur qazana bilib: "1 657 nəfərin əmək müqaviləsinə xitam verilib. Misal olaraq, Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollarımızı ayırmalı olmuşuq. Həmin şəxsləri yeni müəllimlərlə əvəz edəcəyik və inanırıq ki, gələcək nəticələr də yaxşı olacaq". Вернуться назад |