Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq
sizinxeber.az xəbər saytı

Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq


Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Sizinxeber.az"a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək.

Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.

Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Oxşar xəbərlər

2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
Azərbaycanda qış fəsli başlayıb
Azərbaycana qış gəlib
Sabah Azərbaycana qış fəsli gəlir
Oktyabrın 2-də ilin ikinci Günəş tutulması olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər