Emin Əmrullayev: Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçiddə rol oynayacaq
"Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq”.
Sizinxeber.az xəbər verir ki, bunu Xankəndidə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universiteti yalnız dövlətin və ya ayrı-ayrı qurumların təşəbbüsü ilə fəaliyyət göstərməməlidir.
“Əsas məqsədimiz odur ki, təhsil sahəsində yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə inkişaf mümkün olsun. Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçiddə rol oynayacaq. Bu ali təhsil müəssisəsinin ölkənin gələcək inkişafına töhfə verməsi üçün işləmək əsas məqsədlərimizdən biridir. Bu təhsil müəssisəsi iş dünyasına nə verə bilər? Bu sual üzərində də düşünürük. Əsas məsələ ortaq məqsədin olmasıdır. Həm təhsil müəssisəsinin, həm də özəl sektorun kəsişdiyi nöqtə var. Vacib olan bu kəsişmə nöqtəsini tapmaqdır. Universitetin əmək bazarına və iş dünyasına nə dərəcədə inteqrasiya olunması da diqqət mərkəzində saxlanılmalı məsələlərdəndir. Bu istiqamətdə öyrənməli və etməli olduğumuz çox məsələlər var”.
Oxşar xəbərlər
Nazir: Türkiyə–Azərbaycan Universiteti tələbələrini qarşılamağa hazırdır
Emin Əmrullayev Türkiyəyə səfər edib - FOTO
Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb
Tələbə: Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi Prezidentlə görüşmək böyük sevinc hissi yaratdı
Qazaxıstanlı nazir: Qarabağ Universiteti ilə sıx əməkdaşlıq etməyi planlaşdırırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








