“Qarabağ Təqaüd Proqramı” təsis olunub
sizinxeber.az xəbər saytı

“Qarabağ Təqaüd Proqramı” təsis olunub


Xankəndidə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda “Qarabağ Təqaüd Proqramı” təsis olunub.

Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis etmək öhdəliyini üzərlərinə götürüb.

Burada əsas məqsədin regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək olduğu vurğulanıb.

Oxşar xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edib
Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir - FOTO
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
UEFA Avropa Liqasının oyunları keçirilib
Fauf Penciyev: Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle