Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq üzrə 60 sənəd imzalanıb
Özbəkistanın Əndican şəhərində ali təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş Özbəkistan və Azərbaycan universitetlərinin rektorlarının ilk görüşü keçirilib.
“Sizinxeber.az” Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 60 müxtəlif sənəd imzalanıb.
"Görüşdə tələbə və alimlərin mübadiləsi, birgə təhsil proqramlarının və elmi tədqiqatların yaradılması, mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması və s. müzakirə edilib", - məlumatda vurğulanıb.
Tərəflər arasında həmçinin tələbə və müəllimlərin akademik mobilliyi üçün beynəlxalq seminarların təşkili barədə razılıq əldə olunub.
Tədbirdə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev və Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin müavini Şohrux Daliyev iştirak ediblər. Onlar uzunmüddətli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və təhsil sahəsində qarşılıqlı əlaqələri gücləndirməyə hazır olduqlarını bildiriblər.
"Müzakirələrin nəticəsi olaraq akademik mübadilərdən tutmuş ümumi tədqiqat layihələrinin hazırlanmasına qədər geniş sahələri əhatə edən təxminən 60 müxtəlif müqavilə və niyyət protokolları imzalanıb. İmzalanmış sənədlər ali təhsil və elm sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını simvolizə edir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
Əmrullayev rektorlarla görüşdü: Tapşırıqlar verdi
Elm və təhsil nazirinin müavini Macar-Türk Sammitində iştirak edib
İdris İsayev: Bir tələbəyə düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
