Qarabağ Universitetində imtahan verən hərbçi yoldaşı olan abituriyent: Tarixin bir parçası olmaq fəxrdir
İlk dəfə Xankəndi şəhərində Qarabağ Universitetində keçirilən qəbul imtahanı çox rahat keçdi.
Bunu "Report"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında III ixtisas qrupu üzrə imtahan verən abituriyent Aylin İbadova deyib.
Xankəndidə zabit kimi fəaliyyət göstərən hərbçinin yoldaşı olan A.İbadova bildirib ki, imtahan çox rahat keçdi, suallar asan idi:
"Ümumilikdə hər şey qaydasında idi. Bu səbəbdən imtahan nəticələrindən gözləntim yüksəkdir. Çox istərdim ki, imtahan verdiyim Qarabağ Universitetində də ali təhsilimi davam etdirim. Çünki burada tarix yazılıb, biz də ilk qəbul imtahanın iştirakçısıyıq. Mən də bu tarixin bir parçası olmaq istəyərəm. Burada təhsil almaq mənim üçün fəxr hissi olar".
Oxşar xəbərlər
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
DİM rəsmisi: Qarabağ Universitetində keçirilən qəbul imtahanında hər hansı qayda pozuntusuna rast gəlinməyib
Naxçıvanda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib
Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








