DİM rəsmisi: Qarabağ Universitetində keçirilən qəbul imtahanında hər hansı qayda pozuntusuna rast gəlinməyib
sizinxeber.az xəbər saytı

DİM rəsmisi: Qarabağ Universitetində keçirilən qəbul imtahanında hər hansı qayda pozuntusuna rast gəlinməyib


İlk dəfə Xankəndi şəhəri Qarabağ Universitetində keçirilən qəbul imtahanı zamanı hər hansı qayda pozuntusuna rast gəlinməyib.

Bunu "Sizinxeber.az"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Aliyə Əliyeva deyib.

DİM rəsmisi qeyd edib ki, abituriyentlərin imtahanda iştirakı da qənaətbəxş olub. A.Əliyeva xatırladıb ki, bugünkü qəbul imtahanı işğaldan azad olunan ərazilərdə keçirilən ilk imtahandır:

"Qarabağ Universitetində 51 abituriyentin iştirakı nəzərdə tutulmuşdu və yalnız bir nəfər iştirak etməyib. Ümumilikdə ölkə üzrə bu gün 54 247 nəfərin II və III ixtisas qrupuna qəbul imtahanında iştirakı nəzərdə tutulmuşdu".

Oxşar xəbərlər

Qarabağ Universitetində imtahan verən hərbçi yoldaşı olan abituriyent: Tarixin bir parçası olmaq fəxrdir
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
Seçkidə ciddi pozuntuya rast gəlməmişik - Abbaslı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər