

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib
Naxçıvanda şagirdlər arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu baş tutub.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, mayın 24-də Naxçıvan Muxtar Respublikası (MR) ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib.
Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon-şəhər mərhələsində qalib olan 72 şagird iştirak edib və məktəblilərə qapalı test formatında 25 sual təqdim olunub, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, olimpiada 3 mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub. Bu mərhələnin nəticələri əsasında olimpiadanın finalında iştirak edəcək şagirdlər müəyyən olunacaq. Olimpiadanın final mərhələsi iyun ayında Bakıda keçiriləcək.
Olimpiada Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə tərəfdaşlığı ilə təşkil olunur.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Oxşar xəbərlər
Naxçıvanda ilk dəfə təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub
Naxçıvanda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib
Naxçıvanda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
