Dövlət Agentliyi peşə təhsili üzrə azad edilən ərazilərdə çalışmaq üçün müraciət edib - VİDEO
sizinxeber.az xəbər saytı

Dövlət Agentliyi peşə təhsili üzrə azad edilən ərazilərdə çalışmaq üçün müraciət edib - VİDEO


Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi sosial şəbəkədə Qarabağın dirçəlişində iştirak edən, peşə təhsili üzrə azad edilən ərazilərdə çalışan şəxslərlə bağlı paylaşım edib.

Bu barədə Sizinxeber.az-ya nazirlikdən bildirilib. Paylaşımda deyilir ki, peşə təhsili alaraq azad edilən ərazilərdə çalışan şəxslərdən biri də Bərdə rayon sakini olan Toğrul Dadaşzadədir. O, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra, Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir:

“Bu, sadəcə, bir gəncin uğur hekayəsi deyil, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır. Sən də yolunu peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt”.

Oxşar xəbərlər

Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib
Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək
Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq
Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib
Agentlik: Peşə təhsili müəssisələrində tədris planında dəyişiklik edilib, dərslər ikinövbəli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər