Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
11:50

Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib

22 may, 2025
11:50
705

Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri təyinatı olub.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərov təyin olunub.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.

Bizimlə əlaqə saxlayın