IV və VI siniflərdə təhsil alan şagirdlərin 98 faizi monitorinqdə iştirak edib
“17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib. Monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub".
APA xəbər verir ki, by barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məlumat verib.
O bildirib ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib:
"Bildiyiniz kimi, bu il ilk dəfə olaraq monitorinqin müəyyən bir hissəsi rəqəmsal formatda təşkil edilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabelyində olan bir sıra ümumi təhsil müəssilərinin şagirdlərinin cəlb olunduğu, elektron qaydada təşkil edilən monitorinqdə 96% iştirakçılıq təmin edilib.
Həm Agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib".
Agentlik rəsmisi qeyd edib ki, iştirakçılığın təmin olunması, eyni zamanda hər hansı xoşagəlməz halların baş verməməsi üçün müvafiq addımlar atılıb:
"Qeyd edim ki, monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır”.
Oxşar xəbərlər
IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq təşkil olunacaq
Bu il 300 mindən çox şagird monitorinqə cəlb edilib
Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq
Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
