Beşinci “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb
Beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb.
“Report” xəbər verir ki, Analitik təhlil imtahanı 4 sessiya olmaqla iki gün keçiriləcək.
Müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 153, 158, 161, 229 və 238 nömrəli tam orta məktəblərində, bununla yanaşı Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbində təşkil olunub.
Naxçıvan şəhərində isə imtahan mayın 18-də olacaq.
Qeyd olunub ki, namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 saatlarında imtahanda iştirak edə biləcəklər. Bundan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahanlar təşkil edilib. Əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.
İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. İmtahana ümumilikdə 3 saat vaxt ayrılıb.
Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur. Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Foto: Mircavid Eminoğlu
Oxşar xəbərlər
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Naxçıvanda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək
Bu gün DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub

