Bakıda “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib
Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə məktəbin “Texnofest" komandasının hazırladığı robotexnika vasitələrilə tanışlıq olub.
Ardınca qonaqlar təəssüratlarını bölüşüblər.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün atelyenin açılışını davamlı çalışqanlığın nəticəsi adlandırıb.
Səfir uşaqların gələcək fəaliyyəti və inkişafı üçün bu cür layihələrin vacibliyinə diqqət çəkib:
“Şübhəsiz, biz də bu uğura şahidlik etməkdən qürur duyuruq və bu kimi layihələrin davamlı olmasını diləyirik”.
Daha sonra uşaqların hazırladığı bədii hissə nümayiş olunub.
Foto: Zaur Mustafayev
Oxşar xəbərlər
Səfir: Türkiyə-Azərbaycan əlaqələri humanitar sahəni də əhatə edir
Səfir: Türkiyə-Azərbaycan əməkdaşlığı üçün davamlı şəkildə çalışırıq
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin ikinci filialı fəaliyyətə başlayıb
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
Türkiyə Maarif Vəqfinin sədri: Azərbaycanla qardaşlığımızın təməli təhsillə daha da güclənə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
