Vüsal Rüstəmov: “Bilim Bakı”da iki il ərzində 120 mindən çox məktəbli təlimlərdə iştirak edib
sizinxeber.az xəbər saytı

Vüsal Rüstəmov: “Bilim Bakı”da iki il ərzində 120 mindən çox məktəbli təlimlərdə iştirak edib


“Bilim Bakı" mərkəzində iki il ərzində 120 mindən çox paytaxt məktəblisi təlimlərdə iştirak edib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunu "Bilim Quba" mərkəzinin açılış mərasimində iştirak edən "ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O, mərkəzdə təhsil alan şagirdlərin yerli və beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə etdiklərini bildirib:

"Bilim Azərbaycan" layihəsi uğurla davam etdirilir. Əsas məqsəd 6-14 yaş qruplarında olan məktəblilərin elm, texnologiya və innovasiyalara marağının artırılmasıdır. Layihə çərçivəsində yaradılan "Bilim Bakı" mərkəzi artıq iki ildir fəaliyyət göstərir.

Bu dövr ərzində 120 mindən artıq paytaxt məktəblisi təlimlərdə iştirak edib. Mərkəzin şagirdləri yerli və beynəlxalq yarışlarda, həmçinin olimpiadalarda yüksək nailiyyətlər əldə ediblər. Bu layihəmiz bölgələrə doğru genişlənir".

Oxşar xəbərlər

 “Bilim Quba” mərkəzinin açılışı olub
Türkiyənin “T3 Fondu” Azərbaycanda ikinci mərkəzini Qubada açacaq - EKSKLÜZİV
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib
Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri Şəmkirdə düşərgədə iştirak ediblər
Lənkəran “ASAN xidmət” mərkəzində son bir ildə 300 minə yaxın müraciətə baxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər