2037 nəfər III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul olmaq üçün imtahan verəcək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbulun ilkin mərhələsinin nəticələri elan olunub.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 3542 nəfərin iştirak etdiyi qeydiyyat prosesində müsabiqə şərtlərinə cavab verən 2037 namizəd test imtahanında iştirak şansı qazanıb.
İmtahan 17 may saat 11:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda həyata keçiriləcək. Test imtahanında namizədlərə məntiq, dünyagörüşü, informasiya texnologiyaları, davranış səriştələrinin yoxlanılması üçün situasiya tipli mövzuları əhatə edən 60 sual təqdim olunacaq. İlkin mərhələdə seçdiyi sahəyə əsasən keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır. Seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.
Xatırladaq ki, I və II “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.
Oxşar xəbərlər
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat müddəti başa çatıb
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayıb
"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib
Emin Əmrullayev "Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
