MÜTDA: "Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz
"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz.
“Sizinxeber.az” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb:
"Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yükü yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir".
Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru "Son zəng"lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səs yazısına görə ötən gün vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb
Eşqi Bağırov: Cari tədris ili üçün 7 milyon 150 min dərslik sifariş üzrə təqdim edilib
BŞTİ: 207 nömrəli məktəbdə "Son zəng" tədbiri ilə bağlı vəsaitin yığılması iddiaları araşdırılacaq
MÜTDA "Son zəng"lə bağlı xəbərdarlıq edib
Əvvəl odunla qızdırılan 180-ə yaxın məktəb bu il tam qazlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








