"Ən Yaxşı Təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
12:30

"Ən Yaxşı Təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıb

13 may, 2025
12:30
562

"Ən Yaxşı Təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən Yaxşı Təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib .
 
“Report” xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyi , Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının (YAP), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.
 
Tədbirin əvvəlində müsabiqəyə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Mərasimdə Milli Məclis sədrinin birinci müavini, YAP sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər. 
 
Ə.Əhmədov çıxışında vurğulayıb ki, 2007-ci ilədən bəri keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi kifayət qədər uğurlu olub:

“Hər bir xalq onun dövlətinin qurucusunu hörmətlə xatırlayır. Xalqın Heydər Əliyevə kök salmış dərin hörməti var. Ulu Öndər yeniyetmələrə hər zaman xüsusi qayğı ilə yanaşırdı. O bilirdi ki, dövlətin gələcəyi gəncliklə bağlıdır. Onun gəncliyin vətənpərvərlik ruhunda yetişməsi və yeni biliklərə yiyələnməsi ilə bağlı mühüm tövsiyələri vardı”. 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətindən və azad olunmuş ərazilərdəki təhsil müəsissələrinin fəaliyyətindən danışıb.

Mərasimin  bədii hissəsində müxtəlif musiqi və rəqs kompozisiyaları təqdim olunub. İncəsənət Gimnaziyasının və Uşaq-Gənclər İnkişaf mərkəzləri şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.

Yekunda müsabiqənin qalibləri mükafatlandırılıb. Səhnəyə dəvət olunan 35 qalibə diplomlar və hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkdirilib.
 
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə ölkənin regionlarından ümumilikdən 3 min 952 şagird qatılıb. 95 şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.

Foto: Zaur Mustafayev

Bizimlə əlaqə saxlayın