Ağdamda şagirdin dərsə buraxılmamasına aydınlıq gətirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
13:00

Ağdamda şagirdin dərsə buraxılmamasına aydınlıq gətirilib

12 may, 2025
13:00
520

Ağdamda şagirdin dərsə buraxılmamasına aydınlıq gətirilib

Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb, şagird hazırda dərslərdə iştirak edir.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı görüntülər yayılıb.

Bizimlə əlaqə saxlayın