Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib


Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.

Bu barədə “Sizinxeber.az”a Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə təşkil edilib.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 13 nəfər iştirak edib. 55 və dаhа çох bаl tоplаmış 10 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Oxşar xəbərlər

Naxçıvan ədliyyə orqanlarına qəbul imtahanı keçirilir
Hakim vəzifəsinə namizədlər üçün imtahanda 211 nəfər fərqlənib - YENİLƏNİB
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib
DİM: 185 namizədin ədliyyə orqanlarına qulluğa qəbul imtahanı verməsi nəzərdə tutulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər