Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək
sizinxeber.az xəbər saytı

Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək


Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək.

Bunu “Sizinxeber.az”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

"Kəngərli kəndində fəaliyyət göstərəcək körpələr evi - uşaq bağçası müasir standartlara uyğun inşa edilib. Bina 1 yeraltı, 2 yerüstü mərtəbədən ibarətdir. 120 yerlik körpələr - uşaq bağçasında azyaşlıların təlim - tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Körpələr evi - uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb", - L.Sərabi vurğulayıb.

Oxşar xəbərlər

Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək
Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub
Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO
Bakının Xətai rayonunda Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olub
İlham Əliyev Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər