Səfir Koreya universitetinin rektoru ilə iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
23:00

Səfir Koreya universitetinin rektoru ilə iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığı müzakirə edib

07 may, 2025
23:00
310

Səfir Koreya universitetinin rektoru ilə iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığı müzakirə edib

Azərbaycanın Seuldakı səfiri Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin rektoru Park Çon-Vun ilə Cənubi Koreya ilə Azərbaycan universitetləri arasında akademik-elmi əməkdaşlıq perspektivlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Uzaq Şərq ölkəsindəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Səfir Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin (HXDU) rektoru prof. dr. Park Çon-Vun ilə görüşərək Azərbaycan universitetləri ilə akademik-elmi əməkdaşlıq perspektivlərini, həmçinin həmin Koreya universitetinin Türk – Azərbaycan Araşdırmaları Departamentinin təhsil fəaliyyətlərini müzakirə edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, Ramin Həsənov 2022-ci ilin avqustunda Koreya Respublikasına səfir təyin edilib.

Bizimlə əlaqə saxlayın