Azərbaycan səfiri Koreya universitetinin rektoru ilə iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığı müzakirə edib
Azərbaycanın Seuldakı səfiri Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin rektoru Park Çon-Vun ilə Cənubi Koreya ilə Azərbaycan universitetləri arasında akademik-elmi əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Uzaq Şərq ölkəsindəki diplomatik missiyasının bildirib.
“Səfir Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin (HXDU) rektoru prof. dr. Park Çon-Vun ilə görüşərək Azərbaycan universitetləri ilə akademik-elmi əməkdaşlıq perspektivlərini, həmçinin həmin Koreya universitetinin Türk – Azərbaycan Araşdırmaları Departamentinin təhsil fəaliyyətlərini müzakirə edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Ramin Həsənov 2022-ci ilin avqustunda Koreya Respublikasına səfir təyin edilib.
Oxşar xəbərlər
Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib
Səfir: Azərbaycan və Cənubi Koreya 2024-cü ildə əməkdaşlığı genişləndirib
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib
Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










