Azərbaycanda illik təhsil xərclərinin miqdarı müəyyənləşib
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla, həmçinin ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı da müəyyən edilib.
Qərarda qeyd edilib ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Oxşar xəbərlər
Ali məktəblərdə illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
Təhsilalanlara düşən illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib
Doktorantura səviyyəsində illik təhsil xərclərinin yeni miqdarı təsdiqlənib
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










