Peşə təhsilli tələbələr üçün kommunikasiya təlimləri keçirilib
sizinxeber.az xəbər saytı

Peşə təhsilli tələbələr üçün kommunikasiya təlimləri keçirilib


“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” müsabiqəsi çərçivəsində “Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsini həyata keçirir.

"Report" xəbər verir ki, layihə əsasında aparıcı peşə məktəblərində təhsil alan tələbələr üçün kommunikasiya üzrə təlimlər təşkil olunub.

İki gün davam edən təlimlər “Viva” Kommunikasiya Agentliyinin qurucuları - media, PR və marketinq sahəsində tanınmış mütəxəssislər Vüqar Baba və Emin Hüseynzadə tərəfindən keçirilib. Təlimlərdə peşələrin tanıdılması prosesində kommunikasiyanın rolu, müasir dövrdə effektiv PR alətləri, kommunikasiya kanalları, şəxsi brendinq və influenser marketinqi mövzuları ətrafında praktiki biliklər təqdim olunub.

Təlimlərin məqsədi peşə təhsili tələbələrinin öz sahələrini ictimaiyyətə tanıtmaq bacarığını artırmaq, şəxsi brendlərini formalaşdırmaq və daha geniş auditoriyaya çatdırmaq üçün müasir kommunikasiya metodlarından düzgün istifadəni təşviq etməkdir.

Sessiyalarda qonaq qismində iştirak edən ingilis dili mentoru Firdovsi Kərimov da şəxsi brendin formalaşdırılması sahəsindəki təcrübəsini tələbələrlə bölüşüb.

Təlimlərin davamı olaraq iştirakçılara onlayn tapşırıqlar təqdim ediləcək. Bu tapşırıqlar vasitəsilə tələbələr öyrəndikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq edəcəklər. Layihə çərçivəsində, həmçinin bir neçə tanınmış influenserlərlə görüşlər, müxtəlif özəl və dövlət qurumlarına tanışlıq səfərləri də planlaşdırılıb.

Layihənin icrasına Peşə Təhsili üzrə Dövlət Agentliyi də dəstək göstərir.

Oxşar xəbərlər

Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib
“Gənclərin peşə bələdçisi” layihəsinə başlanılır
Naxçıvanda peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub
Elm və Təhsil Nazirliyində "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər