Cəlilabadda güclü yağışlar nəticəsində qədim yaşayış məskəni aşkarlanıb
sizinxeber.az xəbər saytı

Cəlilabadda güclü yağışlar nəticəsində qədim yaşayış məskəni aşkarlanıb


Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, bir neçə gün bundan öncə yağan leysan nəticəsində rayonun Uzuntəpə kəndində, kanal boyu ərazidə sürüşmə baş verib. Sürüşmədən sonra tarixi faktlar üzə çıxıb.

Tarixçi, araşdırmaçı Ələsgər Mirzəzadənin sözlərinə görə, üzə çıxan yaşayış məskəni təxmini 4-5 hektar ərazini əhatə edir:

"Nümunələrə baxanda hiss olunur ki, abidə çoxtəbəqəlidir. Çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc-dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə bu mənim fikrimdir.

Əlavə araşdırmalar aparılarsa, daha dəqiq söz demək olar. Ərazidə gildən hazırlanmış keramika nümunələri (qırılmış halda), müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları, tikili qalıqları (gil kərpiclər), şlak - ərinti (tərkibində metalın ərintisi var), ocaq izləri, müxtəlif saxsı qabların sınıqları (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.) aşkarlanıb".

Ə.Mirzəzadə qeyd edib ki, qədim yaşayış məskəni ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub.

Oxşar xəbərlər

Mingəçevirdə kanal yaxınlığında meyit tapılıb 
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq 
Şimali Afrikada ilk dəfə qədim insan məskəni tapılıb
Səudiyyə Ərəbistanının oazisində qədim şəhər aşkarlanıb
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər