Bəzi təhsil müəssisələrində  I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub
sizinxeber.az xəbər saytı

Bəzi təhsil müəssisələrində I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub


Bəzi təhsil müəssisələrində I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron) Azərbaycan bölməsi üzrə 6 may, saat 11:00 – 5 iyun, digər dillərdə tədris üzrə 17 iyun, saat 11:00 – 17 iyul tarixlərində olacaq. 

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

Müsabiqə mərhələsi ləğv olunan təhsil müəsissələri “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.

Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.

Digər 6 məktəb (İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin) üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.

Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.

Oxşar xəbərlər

Bəzi təhsil müəssisələrində I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv olunub
I sinifə qəbul üzrə daha 4000 nəfər qeydiyyatdan keçib
Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq
I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər