Bu gün birinci siniflərə qəbul akitvləşir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
may
2025
00:50

Bu gün birinci siniflərə qəbul akitvləşir

01 may, 2025
00:50
466

Bu gün birinci siniflərə qəbul akitvləşir

1 may saat 11:00 dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Bu barədə Sizinxeber.az-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Bizimlə əlaqə saxlayın