Bakıda bağçalara müdir vəzifəsinə işə qəbulun müsahibə mərhələsi keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda bağçalara müdir vəzifəsinə işə qəbulun müsahibə mərhələsi keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

İdarədən "Sizinxeber.az"a verilən məlumata görə, müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 131 namizəd iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müsahibə mərhələsində namizədə vəzifəyə uyğun müvafiq meyarlar üzrə açıq və praktik suallar verilib. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcək.

Oxşar xəbərlər

MİQ üzrə müsabiqənin müsahibə mərhələsi açıqlanıb
Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər