Dövlət İdarəçilik Akademiyasında II MUN Simulyasiya Konfransı baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) aprelin 24-də Birləşmiş Millətlər Təşkilatı Modeli (Model United Nations – MUN) çərçivəsində II Simulyasiya Konfransı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, əsas mövzusu “Qlobal Miqrasiya Böhranı: İnsan Hüquqlarının Qorunması və Beynəlxalq Əməkdaşlıq” olan konfrans tələbələrə beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını praktik müstəvidə tətbiq etməyə imkan yaradıb.
Tədbir DİA-nın tarix kafedrasının dosenti Rəna Bayramovanın təşəbbüsü və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə baş tutub.
Əsas məqsəd gənc nəslin analitik düşünmə, diplomatik nitq və debat bacarıqlarını inkişaf etdirmək, onları qlobal çağırışlara dair müzakirələrə cəlb etməklə, beynəlxalq münasibətlər sahəsində daha fəal və məlumatlı fərdlər kimi yetişməsinə töhfə verməkdir.
Konfrans çərçivəsində iştirakçılar Birləşmiş Millətlər Təşkilatının müxtəlif komitələrinin işini simulyasiya edərək, miqrasiya axınları, qaçqınların hüquqları, sərhəd təhlükəsizliyi və dövlətlərarası əməkdaşlıq kimi aktual məsələlər üzrə öz mövqelərini səsləndiriblər. Gənc nümayəndələr təmsil etdikləri ölkələrin maraqlarını müdafiə edərək, real diplomatik müzakirə və qərar qəbuletmə prosesində iştirak ediblər.
Tədbir, eyni zamanda, tələbələrə beynəlxalq hüquq, humanitar problemlər və insan hüquqları sahəsində nəzəri biliklərini praktik müzakirələrə tətbiq etmək, eləcə də ictimai çıxış və komanda işi bacarıqlarını inkişaf etdirmək üçün əlverişli mühit təqdim edib. Simulyasiya, akademik yanaşma ilə yanaşı, iştirakçılarda qlobal miqyaslı hadisələrə qarşı daha həssas və məsuliyyətli yanaşma formalaşdırmağı hədəfləyir.
Sonda fəallığı ilə fərqlənən iştirakçılar diplom və sertifikatlarla təltif olunublar.
Oxşar xəbərlər
Antonio Quterreş İlham Əliyevi təbrik etdi
Tələbə yaz məktəbləri yekunlaşıb
Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı başa çatıb
Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü başa çatıb
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
