Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək
sizinxeber.az xəbər saytı

Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək


May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq keçiriləcək.

“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, monitorinqin təşkili barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsidir.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.

Oxşar xəbərlər

Bu il 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib
Məktəblərin tədris planları təsdiqlənib
Bu il 300 mindən çox şagird monitorinqə cəlb edilib
Bir neçə fənn üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib
Bakıda 148 nəfər XII sinif təhsil alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər