Buraxılış imtahanındakı test tapşırıqlarının cavabları sabah DİM-in saytına yerləşdiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2025
15:00

Buraxılış imtahanındakı test tapşırıqlarının cavabları sabah DİM-in saytına yerləşdiriləcək

20 apr, 2025
15:00
606

Buraxılış imtahanındakı test tapşırıqlarının cavabları sabah DİM-in saytına yerləşdiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu barədə "Report"a DİM-dən bildirilib.

Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Bizimlə əlaqə saxlayın