22 - 24 aprel tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir
sizinxeber.az xəbər saytı

22 - 24 aprel tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir


22 aprel 2025-ci il tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir.

Sizinxeber.az xəbər verir ki, "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, 22 aprel axşam saatlarında Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğaları (G1-G2) baş verəcək.

Bu hadisə, Günəşdə yaranan böyük koronal dəlikdən çıxan sürətli və sıx günəş küləklərinin Yerə çatması nəticəsində baş verəcək.

Leus qeyd edib ki, bu maqnit qasırğaları 22 aprel axşamı başlayacaq və 24 aprelədək davam edə bilər. Bu müddət ərzində geomaqnit sahəsində dəyişikliklər müşahidə olunacaq.

Maqnit qasırğaları zamanı meteohəssas insanlar baş ağrısı, təzyiqin dəyişməsi, yorğunluq və yuxusuzluq kimi simptomlar hiss edə bilərlər. Bu səbəbdən, belə günlərdə su qəbulunu artırmaq, istirahətə daha çox vaxt ayırmaq və stressdən uzaq durmaq tövsiyə olunur.

Oxşar xəbərlər

Bu gün Yer kürəsini maqnit qasırğaları bürüyəcək
Yerdə güclü maqnit qasırğası başlayıb
Sabah Yer kürəsini güclü maqnit qasırğaları vura bilər
DYP meteohəssas sürücülərə müraciət edib
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər