Naxçıvanda bağçalarda müdir vəzifəsinə işə qəbul üçün müsahibə təşkil olunub
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən test imtahanında uğur qazanan 8 namizəd iştirak edib.
Müsahibə mərhələsində ekspert qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları ilə yanaşı Azərbaycan Təhsil İnstitunun mütəxəssisi də onlayn qaydada namizədlərin qiyətləndirilməsində iştirak edib.
Qeyd edək ki, bu mərhələdə namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq müvafiq meyarlar üzrə qiymətləndirilib.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə Nazirliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Oxşar xəbərlər
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib
Naxçıvanda direktorların işə qəbul müsabiqəsinə sənəd qəbulunun vaxtı artırılıb
Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub
Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Euronews" Bakıda keçirilmiş WUF13-ün yekunlarına həsr olunmuş material hazırlayıb
