Beynəlxalq Proqramda iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə görüşlər təşkil olunub
PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) qiymətləndirmə tədqiqatında iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə müxtəlif regionlarda Təhsil İnstitututun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunub.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirməsi barədə məlumatlılığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və imtahan prosesinə dair aydın təsəvvürün formalaşdırılması olub.
Tədbirlər çərçivəsində iştirakçılara PISA-nın mahiyyəti, əsas məqsədləri, qiymətləndirmə sahələri və beynəlxalq əhəmiyyəti ilə bağlı təqdimat edilib. Şagirdlərə bu qiymətləndirmənin yalnız nəzəri biliklərin yoxlanmasına deyil, həmin biliklərin gündəlik həyat şəraitində tətbiqinə əsaslandığı xüsusi vurğulanıb. Eyni zamanda PISA-nın kompüter əsaslı qiymətləndirmə formatı, iştirak qaydaları və texniki prosedurları barədə də ətraflı məlumat verilib.
Görüşlər interaktiv formada həyata keçirilib, şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, eləcə də bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən qiymətləndirmə proqramıdır.
Oxşar xəbərlər
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb
Emin Əmrullayev UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi ilə görüşüb
Emin Əmrullayev Parisdə UNESCO Baş direktorunun müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
