Haqqımızda Reklam
ru
08 
apr
2025
12:50

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08 apr, 2025
12:50
571

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün media-tur təşkil olunub.

APA xəbər verir ki, DİM-in aparat rəhbəri Vəfadar Misirov çıxışında müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən, regional bölmələrində həyata keçirildiyini bildirib, imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparıldığını qeyd edib.

DİM-in Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib.

DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov yoxlama prosesini ehtiva edən “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı görülən işlər haqqında danışıb.

Daha sonra iştirakçılar xüsusi ayrılmış imtahan zallarında yoxlama aparan markerlərin işi ilə yaxından tanış olublar. Media nümayəndələrinə markerlərin yoxlamanı hansı şəraitdə və hansı meyarlara əsasən həyata keçirdikləri, qiymətləndirməni necə apardıqlarını birbaşa müşahidə etmək imkanı yaradılıb.

Mediatur iştirakçıları Mərkəzin beynəlxalq imtahan zalları ilə də tanış olublar.

Bizimlə əlaqə saxlayın