Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq
sizinxeber.az xəbər saytı

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq


Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.

"Report" xatırladır ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.

Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycanda 12 günlük bayram tətili başa çatıb
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb
MÜTDA: Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq
Dərs günlərinin yeri dəyişdirilib
Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər