BŞTİ: Müəllimlərə qarşı uyğunsuz davranış edən direktorla bağlı tədbirlər görüləcək
Bakıda müəllimlərə qarşı uyğunsuz davranış edən 301 nömrəli tam orta məktəbin direktoru ilə bağlı tədbirlər görüləcək.
"Report" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Qeyd olunub ki, məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və BŞTİ-nin nəzarətindədir.
Məlumata görə, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib.
Həmçinin bildirilib ki, xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini bildiriblər.
Oxşar xəbərlər
Bakıda müəllimlərə qarşı uyğunsuz davranışına görə direktorla bağlı araşdırma aparılır - RƏSMİ
Müəllimləri təhqir etdiyi deyilən direktor barəsində tədbir görüləcək
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq
600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













